Avropa çempionatının ardından dünya çempionatının final mərhələsinin iştirakçılarının sayı artırılır. Sportnet.az-ın məlumatına görə, FİFA prezidenti Canni İnfantino bu məsələnin həyata keçməsini təkid edir.
O, Nigeriyaya səfəri zamanı bildirib ki, mundual iştirakçılarının sayının 40-dək artırılması məsələsi gündəmdə qalır: "Fikrimcə, DÇ-2026-dək final mərhələsində 40 komandaya malik olmalıyıq. Bu, indikindən 8 komanda çoxdur. Say artarsa, Afrikma minimum 2 əlavə kvotaya malik olacaq".
Xatırladaq ki, Avropa çempionatının final mərhələsində ilk dəfə 24 iştirakçı bu il olub.