Bakı - Xankəndi Azərbaycan Velosiped Yarışında Iv mərhələ start götürüb.
Sportnet.az xəbər verir ki, velosipedçilər saat 09:20-də Gəncə şəhər İcra Hakimiyyətinin qarşısından yola çıxıblar.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəmzi olaraq, əlindəki Azərbaycan bayrağını endirib və start verilib.
Yarış iştirakçıları Gəncə - Göygöl - Goranboy - Ağdərə (Suqovuşan və Talış kəndləri) - Naftalan marşrutu ilə hərəkət edəcəklər.
Marşurutun ümumi uzunluğu 152,8 km təşkil edəcək.



























































































