1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Emenikenin dublu "Fənərbağça"ya qələbə qazandırdı - YENİLƏNDİ
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, qalan 6 matç ikinci oyun gününə təsadüf edib.
Azərbaycanlı futbolsevərlərin bütün diqqəti İstanbula yönəlib. Türkiyənin Avropanın ən nüfuzlu klub turnirindəki təmsilçilərindən biri olan "Fənərbağça" "Monako"nu qəbul edib. İstanbul təmsilçisinə qələbəni dubla imza atan nigeriyalı hücumçusu Emmanuel Emenike qazandırıb. "Monako"nun yeganə qolunun müəllifi isə 2 illik fasilədən sonra qayıdan kolumbiyalı hücumçusu Radamel Falkao olub.
İlk oyun günündən fərqli bu dəfə az məhsuldarlıq olub. Ən çox qol məhz İstanbulda və Tromsedə vurulub - hərəsində 3 qol. "Rusenborq" da evdə 2:1 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası, III təsnifat mərhələsi
İlk oyunlar
27 iyul
18:00. "Astana" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) - 1:1
Qollar: Yuri Loqviyenko, 19 - Leyq Qriffits, 78
Baş hakim: Paolo Mazzoleni (İtaliya)
21:15. "Rusenborq" (Norveç) - APOEL (Kipr) - 2:1
Qollar: Kristian Qitkyaer, 23, Yorgen Skjelvik, 45+1 - Georgios Efrem, 78
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
21:30. "Astra" (Rumıniya) - "Kopenhagen" (Danimarka) - 1:1
Qollar: Filip Teyşeyra, 7 - Tomas Delaney, 64
Baş haki: İştvan Vad (Macarıstan)
22:30. "Trençin" (Slovakiya) - "Legiya" (Polşa) - 0:1
Qol: Nemanya Nikoliç, 69
Baş hakim: Aleksey Kulbakov (Belarus)
22:30. "Fənərbağça" (Türkiyə) - "Monako" (Fransa) - 2:1
Qollar: Emmanuel Emenike, 39, 61 - Radamel Falkao, 42
Baş hakim: Jesuş Gil Manzano (İspaniya)
22:45. "Olimpiakos" (Yunanıstan) - "Hapoel" (Beer-Şeva, İsrail) - 0:0
Baş hakim: Manuel De Souza (Portuqaliya)
Xatırladaq ki, cavab oyunları avqustun 2-3-də keçiriləcək.