
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Viktoriya" matçının hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, avqustun 2-də saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Hüseyin Göçəkin başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək.
Ona həmyerliləri Mustafa Əmrə Əyisoy və Kamal Yılmaz köməklik edəcək. Barış Şimşək isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Hakimlərin işinə moldovalı hakim-inspektor İqor Satkii qiymət verəcək. Oyunun UEFA nümayəndəsi kiprli Andreas Akkelides olacaq.