1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən ən erkən qollar
"Qəbələ"nin ukraynalı futbolçusu Vitali Vernidub Azərbaycan klublarının avrokuboklarda cari mövsümdə ən erkən səfər qolunun müəllifi olub. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi buna Avropa Liqasının III təsnifat mərhələsində Fransada "Lill" klubu ilə 1:1 hesabı ilə nəticələnən oyununun 13-cü dəqiqəsində nail olub.
Bununla da Vernidub "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevin göstəricisini 1 dəqiqə yaxşılaşdırıb. Millimizin üzvü I təsnifat mərhələsində "Baltsan"a Maltada 2:0 hesabı ilə qalib gəldikləri matçın 14-cü dəqiqəsində cərimə zərbəsindən dəqiq zərbəylə "Neftçi"nin cari mövsümdə ilk qolunun müəllifi olub.
Avrokuboklarda bu il nəinki ev, ümumiyyətlə, ən erkən qolumuzun müəllifi də "Qəbələ"nin futbolçusudur. Bu, estoniyalı hücumçu Sergey Zenyovdir. O, II təsnifat mərhələsində Macarıstanın MTK klubuna "Bakcell Arena"da 2:0 hesabı ilə qalib gəldiyimiz matçın 7-ci dəqiqəsində hesabı açıb.
"Qəbələ"nin avrokuboklarda ən erkən qoluna isə braziliyalı sabiq kapitanı Dodo imza atıb. Vernidubun həmyaşıdı olan yarımmüdafiəçi ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos"la Afinada 2:2 hesabı ilə nəticələnən cavab oyununun 6-cı dəqiqəsində hesabı açıb.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb