1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rauf Əliyev: "Rəhbərliyin də, bütün heyətin də istəyi çempionluqdur"
"Xəzər Lənkəran"ın yeni transferi Rauf Əliyev klubun rəsmi saytına danışıb. Sportnet.az-ın məlumatına görə, Əliyev bir çox məsələlərlə bağlı fikirlərini bildirib.
25 yaşlı hücumçu ilk olaraq komandaya gəlişindən söz açıb: "Artıq 2 həftədir ki, "Xəzər Lənkəran"ın heyətindəyəm. Komandaya bir az gec qoşuldum. Amma çalışıram ki, komanda yoldaşlarımın səviyyəsinə çatım. Ona görə əlavə məşqlər də edirik. Hər şey normaldır, çempionata hazırlaşırıq. Topaz Premyer Liqasının startına az vaxt qalır. Birinci oyunumuz AZAL-ladır. Əsas oyuna hazırlıqdır, hər şey yolundadır, məşqlər davam edir və yoldaşlıq oyunları keçiririk. Komanda demək olar ki, öz oyunlarını düzəltməyə çalışır. İki yoldaşlıq oyununda iştirak etmişəm. Az müddət də olsa, hazırlığımla əlaqədar ikinci hissələrdə oynamışam. Əsas odur ki, fərqlənə bilmişəm. Hücumçu kimi öz işimi görüb qol vurmuşam. bunlardan da əsası, çempionatda fərqlənə bilməkdir. Komandaya gəldikdə isə hər oyundan-oyuna irəliləyiş hiss olunur. Heyətdə yeni futbolçular olduğundan, oyun baxımından problem ola bilər. Ancaq oynadıqca, məşq etdikcə hamı bir-birinə uyğunlaşır. Bu da komandanın xeyrinə olan bir şeydir. Bir yoldaşlıq oyunumuz qalıb və biz özümüzü yaxşı tərəfdən göstərməliyik. Bundan sonra çempionat başlayır. Yoxlama matçını yaxşı keçirərək, bundan sonrakı məşqlərlə çempionata hazırlaşmaq fikridəyik".
Bununla yanaşı, Əliyev Azərbaycan milli komandasının heyətində olan futbolçularla "Xəzər Lənkəran"da da bir yerdə oynayacağını xatırladıb: "Rəşad Sadiqovla birgə oynamağımız bizim üstünlüyümüzdür. Əvvəllər də birgə oynamışıq: həm "Qarabağ"da, həm də millidə. Tək Rəşadı deməzdim, Rahid Əmirquliyev və Elnur Abdullayevlə yığmada birgə çıxış etmişik. Yerli oyunçularla bir yerdə oynadığım üçün ola bilər ki, onlarla bir-birimizi yaxşı başa düşək. O biri oyunçularla da məşqlərdə, oyunlarda getdikcə bir-birimizi tanıdıqdan sonra hər şey yoluna düşəcək. Daha da yaxşı oyun göstərməyə çalışacağıq. Nə qədər bir-birimizə tez uyğunlaşsaq, bu ancaq bizim xeyrimizə ola bilər".
Hücumçu rəhbərliyin komanda qarşısına qoyduğu məqsədi də açıqlayıb: "Bu il komanda rəhbərliyinin də, bütün heyətin də istəyi çempionluqdur. Bu, hiss olunur. Hazırlıqdan, heyət baxımından komanda rəhbərliyi istəyir ki, çempion olsun. Buna görə də çempion heyət qurmağa çalışır. İnanıram ki, "Xəzər Lənkəran" öz sözünü deməyi bacaracaq. Son zamanlar müəyyən problemlər olur. Bu il inanıram ki, azarkeşləri stadiona yenidən doldura biləcəyik. Azarkeşlər sanki bir növ soyuyub. Bu kluba gəldiyim üçün demirəm. Azərbaycanda bir nömrəli azarkeş Lənkəran klubunun tərəfdarlarıdır. Ən çox stadiona gələn çılğın azarkeş Lənkərandadır. Bu il həmin azarkeşlər qarşısında var gücümüzü qoyub yaxşı nəticə qazanmalıyıq. Bu stadionda oynamaq adam əlavə güc verir".
Sonda isə futbolçu yeni baş məşqçi Oğuz Çətin haqda da fikir söyləyib: "O, tanınmış mütəxəssisdir. Əvvəllər adını eşitmişdim, kluba gələndən sonra yaxından tanış olduq. Baş məşqçi kimi işini bilən, insani xasiyyətlərinə görə həqiqətən çox gözəl birisidir. Demək olar ki, futbolçu ilə birinci gündən dil tapır. Hər şey normaldır. O da istəyir ki, nəticə olsun və bunun üçün çox çalışır. İnanıram ki, biz bu il uğurlu nəticəyə imza ata bilərik".