Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına start verilib. Sportnet.az-ın məlumatına görə, pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə Bakıda başlayıb.
Məhz "Qarabağ" - "Viktoriya" oyunu günün ilk matçı olub. Çexiya təmsilçisi səfər qələbəsi ilə mərhələ adlayıb. Qonşu Gürcüstanın paytaxtı Tiflisdə "Dinamo"ların duelində isə "Qarabağ"ın iki mövsüm öncə Avropa Liqasında 1/16 finala yolunu qərəzli qərarı, təmiz qolu saymamaqla kəsən çexiyalı hakim Miroslav Zelinka iş başında olub. Xorvatiya təmsilçisinə bu dəfə qələbə üçün cəmi 1 qol kifayət edib.
Gecənin qalan 3 oyunundan 2-si dramatik alınıb. Kipr APOEL-i Norveç "Rusenborq"unu uzatma dəqiqələrində 9 dəqiqəyə vurduğu 3 qolla üstələyib. Bolqarıstan "Ludoqorets"i isə Serbiyada "Srvena Zvezda"nı əlavə vaxtda vurduğu 2 qolla keçib.
Nəhayət, İrlandiya "Dundalk"ı gözlənilmədən Belarus BATE-sini darmadağın edərək, mərhələ adlayıb.
Çempionlar Liqası, III təsnifat mərhələsi
Cavab oyunları
2 avqust
20:30. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Çexiya) - 1:1
Qol: Muarem Muarem, 28 - Mixael Krmençik, 85
Baş hakim: Hüseyin Göçək (Türkiyə)
İlk oyun - 0:0
21:00. APOEL (Kipr) - "Rusenborq (Norveç) - 3:0
Qollar: Yannis Yanniotas, 90+1. Tomas de Vinsenti, 90+6. Vander, 90+9
Baş hakim: Pavel Raşkovski (Polşa)
İlk oyun - 1:2
21:00. "Dinamo" (Tiflis, Gürcüstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1
Qol: Marko Roq, 9
Baş hakim: Miroslav Zelinka (Çexiya)
İlk oyun - 0:2
22:30. "Srvena Zvezda" (Serbiya) - "Ludoqorets" (Bolqarıstan) - 2:4 (əlavə vaxtda - 2:0)
Qollar: Mitçell Donald, 17. Luis İbanyes, 62-penalti ilə - Conatan Kafu, 24. Vanderson, 40; 92; 97
Qırmızı vərəqələr: Quelor Kanqa, 46 - İqor Plastun, 44
Baş hakim: Luka Banti (İtaliya)
İlk oyun - 2:2
23:00. "Dundalk" (İrlandiya) - BATE (Belarus) - 3:0
Qol: Devid Makmillan, 44; 59. Robert Benson, 90
Baş hakim: Yakob Kehlet (Danimarka)
İlk oyun - 0:1