1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"da 3 futbolçu cəza ilə üz-üzə
"Qarabağ"ın 3 futbolçusu cəzalı duruma düşmək təhlükəsi ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, Ağdam klubunun Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə cavab qarşılaşmasında müdafiəçisi Maksim Medvedev, yarımmüdafiəçiləri Qara Qarayev və ispaniyalı Migel Maderanın aldıqları sarı vərəqələr turnirdə 2-ci olub.
Bununla da hər 3 futbolçu vərəqə limitini aşmaq üzrədir. "Qarabağ" ÇL-də mübarizəni dayandırsa da, vərəqələr Avropa Liqasında da qüvvədə qalacaq. Yəni Medvedev, Qarayev və Madera həmin turnirin ilk pley-off matçında vərəqə alsalar, cavab oyunlarında cəzalı duruma düşəcəklər.
Hər 3 futbolçu ilk sarı vərəqələrini I təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubu ilə matçlarda olub. Medvedevlə Qarayev ev, Madera səfər matçında xəbərdarlıq alıb.