Avqustun 11-də İsveçrənin Nyon şəhərində AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov və baş maliyyə eksperti Bəhram Dadaşov UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin əməkdaşları ilə görüşdə iştirak edəcəklər. Sportnet.az-ın məlumatına görə, görüş UEFA-nın dəvəti əsasında baş tutacaq.
Müzakirə mövzuları 2015-ci maliyyə ilində Azərbaycan futbol klublarının göstəriciləri və müqayisəli təhlil, klublar tərəfindən hazırlanmış hesabatlarda UEFA tərəfindən aşkar olunmuş çatışmazlıqlar və bu çatışmaqzlıqların gələcəkdə aradan qaldırılma yolları, 2016-cı il üzrə maliyyə hesabatların hazırlanması ilə bağlı UEFA-nın tövsiyə və tələbləri, UEFA Maliyyə Fair Play IT proqramı ilə bağlı yeniliklərin müzakirə olunması, növbəti mövsüm çərçivəsində keçiriləcək tədbirlərin müzakirəsi və digər məsələlər olacaq.