1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Real Madrid" UEFA Super Kubokunu qazandı - YENİLƏNDİ
UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, həlledici oyunda İspaniyanın iki klubu - "Real Madrid" və "Sevilya" komandaları üz-üzə gəlib.
Norveçin Tronheym şəhərindəki "Lerkendal" stadionunda keçirilmiş matç "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 3:2. Görüşün əsas vaxtında tərəflər hərəyə iki dəfə fərqlənib. Əlavə vaxtın bitiminə bir dəqiqə qalmış "Real Madrid" qələbə topuna imza atıb.
Qeyd edək ki, 2015-2016 mövsümündə Madrid təmsilçisi Çempionlar Liqasının, "Sevilya" isə Avropa Liqasının qalibi olub.
UEFA Super Kuboku
22:45. "Real Madrid" (İspaniya) – "Sevilya" (İspaniya) - 3:2 (ƏLAVƏ VAXT - 1:0)
Qollar: Marko Asensio, 21. Serxio Ramos, 90+3. Dani Karvaxal, 119 - Franko Vaskes, 41. Yevgeni Konoplyanka, 72-penalti ilə
Baş hakim: Milorad Majiç
Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Şimon Marçinyak
Ehtiyat hakim: Tomaş Listkeviç (hər ikisi Polşa)
Tronheym (Norveç). "Lerkendal" stadionu