
İsmayılov indiyədək 20 minə yaxın biletin satıldığını bildirib. Biletlərin bir hissəsi isə dəvətnamə şəklində qonaqlara paylanılıb və 28-ci sektor avstriyalı azarkeşlərin ixtiyarına verilib. Stadion direktoru matç saatına qədər bütün biletlərin tükənəcəyini deyib.
Lakin qiyməti 1 manat olan biletlərin müəyyən miqdarı qalıb və qanundan kənar satılır. Oyun günü satış gücləndiyi üçün alverçilər 1 manatlıq biletləri baha qiymətə satırlar və bu səbəbdən kassadan bu qiymətə bilet tapmaq mümkün olmur.