Ukraynanın "Sevastopol" klubunun futbolçusu Pavel Tkaçenko ölüb. Sportnet.az-ın məlumatına görə, bədbəxt hadisə komandanın Krımda məşqi zamanı baş verib.
16 yaşlı futbolçu gözlənilmədən yerə yıxılıb. Komanda həkimlərinin və təcili tibbi yardımın müdaxiləsinə baxmayaraq gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.









                 





    
    
    
    
    
    
    
    
    






















































