
Yunanıstanın paytaxtı Afinada UEFA-nın növbədənkənar konqresi çərçivəsində qurumun prezidenti vəzifəsinə seçkilər keçirilib.
Sportnet.az-ın məlumatına görə, səsvermənin yekununda Aleksandr Çeferin qurumun prezidenti seçilib.
Onun namizədliyini dəstəkləyənlər arasında AFFA da olub. 2011-ci ildən Sloveniya Futbol Federasiyasının prezidenti olan A.Çeferin UEFA-ya üzv olan olan milli assosiasiyalardan 42-nin səsini alıb. Digər namizəd, Hollandiya Futbol Federasiyasının prezidenti Mixael van Praq isə 13 səs toplayıb.
Qeyd edək ki, Aleksandr Çeferin UEFA-ya qarşıdakı 4 il müddətində rəhbərlik edəcək.