Türkiyə Super Liqası təmsilçisi “Fənərbağça” qapıçısı Tarık Çetinlə yeni müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi sözləşməsi mövsümün sonunda başa çatan qolkiperlə anlaşmanı yenilədiyini açıqlayıb.
Məlumata görə, türkiyəli əlcək sahibi ilə 3 illik yeni müqavilə bağlanıb.
Qeyd edək ki, Tarık Çetin "Fənərbağça"ya ötən yay "Rizespor"dan transfer edilmişdi.
















































































