1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıda 18:0 hesablı qələbə
Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçiriləcək VIII qrupunun ilk oyunu baş tutub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin çıxış etdiyi qrupun ilk matçında İspaniya və Latviya milliləri üz-üzə gəlib. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında ispan qızları latviyalı həmkarlarına qeyri-adi hesabla qalib gəlib. İspaniya millisi rəqibini qapısından 18 cavabsız qol keçirib.
19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi
VIII qrup
I tur, 15 sentyabr
İspaniya – Latviya - 18:0
Hakimlər: Kriso Georgiou, Niki Karagiorgi (hər ikisi Kipr), Gülyana Güvəndiyeva, Yuliya Larionova (hər ikisi Azərbaycan)
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
Qeyd edək ki, saat 19:00-da Azərbaycan-Ukrayna matçı start götürəcək. Günün ikinci qarşılaşması olan bu oyun da Bakı Olimpia Stadionun ehtiyat meydançasında baş tutacaq.