"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Yunanıstanın PAOK klubu ölkə çempionatında növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Saloniki təmsilçisi 5-ci turda "Şkoda Ksanti" iə ev matçında xal itirib.
Komandaların səylərinə baxmayaraq matçda hesab açılmayıb. Qonaqlar 69-cu dəqiqədə futbolçusu qırmızı vərəqə aldığına görə meydanda azlıqda qalsa da, PAOK say üstünlüyündən istifadə edə bilməyib. Saloniki təmsilçisi 3 oyundan 4 xalla turnir cədvəlində 16 komanda arasında 6-cı pillədə qərarlaşıb. Komandanın 3 xalı yerli federasiyanın qərarı ilə silinib.
Xatırladaq ki, "Qarabağ" PAOK-la qrupda 3-cü və 4-cü turlarla üzləşəcək.