1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəqib futbolçu: "Məğlubiyyət haqda düşünmürük"
"Son qələbədən sonra komandada ruh yüksəkliyi var. Vəziyyətimiz yaxşıdı. "Qarabağ”la matçda da yaxşı nəticəni davam etdirmək istəyirik. Bunu bacarsaq, növbəti oyunlara da yüksək motivasiya ilə çıxacağıq”. Sportnet.az-ın məlumatına görə, bunu Yunanıstanın PAOK klubunun futbolçusu Stelios Malezas deyib.
O, Avropa Liqasının J qrupunda sabah "Qarabağ"a qarşı keçiriləcək oyun barədə bunları bildirib: "Qələbə qazanmaq fikrindəyik. Bilirik ki, "Qarabağ” da qalib gəlmək istəyir. Amma PAOK meydana çıxanda həmişə əlindən gələni edir. Məğlubiyyət haqda düşünmürük”.
O, ötən mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş komanda yoldaşı Fakundo Pereyradan "Qarabağ” barədə məlumat aldıqlarını deyib: "Pereyra ilə həm "Qarabağ”, həm də ölkə haqda danışmışıq. Müsbət fikirdədi. Təəssüratlarını bizimlə bölüşüb”.