1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rednikə "Xəzər Lənkəran"dan yarım milyon...
Mirça Rednik "Xəzər Lənkəran"da baş məşqçi olduğu günləri yada salıb. Sportnet.az-ın Rumıniya mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis Lənkəran klubunda aldığı məvacibi açıqlamaqdan çəkinməyib.
Rednik bunun ildə yarım milyon avro təşkil etdiyini bildirib: "Xəzər Lənkəran”da illik 500 min avro maaş alırdım. Yeni komanda yaratmışdım. Bu, döyüşkən idi. Ardıcıl 2 il çempionluq uğrunda mübarizə apardıq, ölkə kubokunu qazandım. Məndən sonra baş məşqçi postuna Con Benjamin Toşak gətirildi. Ancaq o, heç nə edə bilmədi”.
Qeyd edək ki, son olaraq Buxarest "Dinamo"sunda işləmiş 54 yaşlı Rednik "Xəzər Lənkəran"la debüt mövsümündə - 2011-ci ildə çempionatın gümüş medalı ilə yanaşı, ölkə kubokunu qazanıb.