Futbol üzrə Azərbaycan I Divizionunda 12-ci tura start verilib. Sportnet.az-ın məlumatına görə, turun ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Ən böyükhesablı nəticə "Mil-Muğan" - "Göyəzən" oyuunda qeydə alınıb. Meydan sahiblərini rəqibini 6:2 hesabı ilə məğlub edib. Şəmkirdə eyniadlı komanda ilə "Səbail" arasındakı görüş isə 100 dəqiqə davam edib. FİFA referisi oyunun əsas vaxtına 5 dəqiqə əlavə etdiyi vaxt meydan sahibləri öndə olub - 1:0. Lakin uzatma dəqiqələrində "Şəmkir"in futbolçusu zədələndiyindən, oyun daha 5 dəqiqə uzanıb. Amma həmin vaxtın tamamında yerli komanda daha bir qol vuraraq, inamlı qələbə əldə edib - 2:0.
I Divizion, XII tur
"Turan Tovuz” - "Şahdağ” - 1:0
Qollar: Rəhman Musayev, 76 (P)
"Şəmkir” – "Səbail” - 2:0
Qollar: Bəhruz Teymurov, 50. Anar Babazadə, 90+10
"Mil-Muğan” - "Göyəzən” - 6:2
Qollar: Bayram Əliyev, 2; Orxan Əsgərov, 29 (ö.q.); Emil Həsənzadə, 57; Raul Yaqubzadə, 71; Elməddin Məmmədov, 76; Zaman Mirzəzadə, 86 - Fizuli Ocaqverdiyev, 38; Azad Böyükkişiyev, 60)
MOİK 2-2 "Qaradağ Lökbatan”
Qollar: Məhəmməd Bədəlbəyli, 15; Ramil Orucov, 57 - Emin Mustafayev, 27; Mübarək Şaquliyev, 45+1












































































