Azərbaycan milli komandası başa çatmaqda olan 2016-cı ildə 34 futbolçudan istifadə edib.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Robert Prosineçki millimiz üçün artıq başa çatan futbol ilində bu qədər oyunçunun xidmətindən yararlanıb.
Onlardan yalnız 3-ü 8 matçın hamısında (4-ü yoldaşlıq görüşü, 4-ü rəsmi oyun) meydanda olub. Ancaq Məhəmməd Mirzəbəyov, Dmitri Nazarov və Ağabala Ramazanovdan heç biri həmin qarşılaşmalarda sonadək oynamayıb. Bu isə o deməkdir ki, millidə 2016-cı ildə əvəzolunmaz futbolçu olmayıb.
Dəqiqə sayında həmkarlarını qabaqlayan "Qəbələ"nin sağ cinah müdafiəçisi bu il millimizdə ən çox meydanda olanıdır. Nazarov isə bu il yığmada ən çox sarı vərəqə aldığından, ən intizamsız futbolçu sayılıb.
"Qarabağ" 2016-cı ildə millidə oyunçu sayına görə hegemonluq etsə də, bütün matçlarda iştirak edən futbolçusu olmayıb. Həm bu klubun, həm də yığmanın kapitanı olan müdafiəçi Rəşad Sadıqova zədə matçların yarısında oynamağa imkan verməyib. 34 yaşlı futbolçu olmadığı vaxtda isə 2 dəfə kapitanlıq sarğısı Rahid Əmirquliyevdə, hərəyə 1 dəfə Maksim Medvedevlə Ruslan Abışovda olub.
Bu il millimizdə bir sıra futbolçular debüt edib. Onlar arasında Azərbaycandan kənarda oynayan futbolçular - Ramil Şeydayev, Emin Mahmudov və Dəniz Yılmaz əsas diqqət mərkəzində olublar. Ancaq Azərbaycan Premyer Liqasından da bir sıra futbolçular debütantlar sırasında olub ki, bunlar əsasən gənclərdir.
Azərbaycan milli komandası 2016-cı ildə
1. Məhəmməd Mirzəbəyov ("Qəbələ", müdafiəçi) – 8 oyun (645 dəqiqə)
2. Dmitri Nazarov ("Karlsrue"/"Aue", yarımmüdafiəçi) – 8 oyun (613 dəqiqə, 1 qol, 3 sarı)
3. Ağabala Ramazanov ("Sumqayıt"/"İnter", yarımmüdafiəçi) - 8 oyun (481 dəqiqə)
4. Qara Qarayev ("Qarabağ", yarımmüdafiəçi) – 7 oyun (613 dəqiqə, 1 sarı)
5. Maksim Medvedev ("Qarabağ, müdafiəçi) – 7 oyun (585 dəqiqə, 1 qol)
6. Ruslan Qurbanov ("Neftçi"/"Qəbələ", hücumçu) – 7 oyun (557 dəqiqə, 1 qol, 1 sarı)
7. Kamran Ağayev ("İnter"/"Boavişta", qapıçı) – 6 oyun (540 dəqiqə, -9)
8. Arif Daşdəmirov ("Qəbələ"/"Qarabağ", müdafiəçi) – 5 oyun (450 dəqiqə)
9. Bədavi
Hüseynov ("Qarabağ", müdafiəçi) – 5 oyun (361 dəqiqə)
10. Əfran İsmayılov ("Qarabağ", yarımmüdafiəçi) – 5 oyun (1 qol, 355 dəqiqə)
11. Namiq Ələsgərov ("Kəpəz"/"Qarabağ", yarımmüdafiəçi) - 5 oyun (201 dəqiqə, 1 sarı)
12. Rahid Əmirquliyev ("Qarabağ", yarımmüdafiəçi) – 4 oyun (360 dəqiqə)
13. Rəşad Sadıqov ("Qarabağ", müdafiəçi) – 4 oyun (315 dəqiqə)
14. Araz Abdullayev ("Neftçi", yarımmüdafiəçi) – 4 oyun (152 dəqiqə)
15. Ramil Şeydayev ("Trabzonspor", hücumçu) – 4 oyun (146 dəqiqə)
16. Tərlan Quliyev ("Kəpəz"/"İnter", müdafiəçi) – 3 oyun (180 dəqiqə)
17. Eddi İsrafilov ("Kordoba"/"Kadis", yarımmüdafiəçi) – 3 oyun (145 dəqiqə)
18. Ruslan Abışov ("Qəbələ"/"İnter", yarımmüdafiəçi) - 3 oyun (118 dəqiqə)
19. Elvin Məmmədov ("Zirə", yarımmüdafiəçi) - 2 oyun (159 dəqiqə, 1 sarı)
20. Pavel Paşayev ("Qəbələ", müdafiəçi) – 2 oyun (120 dəqiqə)
21. Emin Mahmudov ("Boavişta", yarımmüdafiəçi) – 2 oyun (83 dəqiqə)
22. Coşqun Diniyev ("Qarabağ", yarımmüdafiəçi) – 2 oyun (56 dəqiqə)
23. Rəhman Hacıyev ("Neftçi", yarımmüdafiəçi) – 2 oyun (46 dəqiqə)
24. Ufuk Budak ("Qazinantep BB", müdafiəçi) – 1 oyun (90 dəqiqə)
25. Səlahət Ağayev ("Sumqayıt"/"İnter", qapıçı) – 1 oyun (90 dəqiqə, -3)
26. Anar Nəzirov ("Zirə", qapıçı) – 1 oyun (90 dəqiqə)
27. Adil Nağıyev ("Zirə", müdafiəçi) – 1 oyun (90 dəqiqə, 1 sarı)
28. Budaq Nəsirov ("Kəpəz", yarımmüdafiəçi) – 1 oyun (90 dəqiqə)
29. Amil Yunanov ("Sumqayıt", hücumçu) - 1 oyun (45 dəqiqə)
30. Murad Səttarlı (AZAL, yarımmüdafiəçi) – 1 oyun (45 dəqiqə)
31. Vüqar Mustafayev ("Zirə", yarımmüdafiəçi) – 1 oyun (45 dəqiqə)
32. Dəniz Yılmaz ("Buraspor", hücumçu) – 1 oyun (45 dəqiqə)
33. Cavid Tağıyev ("Qarabağ", yarımmüdafiəçi) – 1 oyun (45 dəqiqə)
34. Rəşad Eyyubov ("Qəbələ", yarımmüdafiəçi) – 1 oyun (27 dəqiqə)
Qeyd: Futbolçuların qarşısında yığmada oynadıqları zamanı hansı klubu (və ya klubları) təmsil etmələri göstərilib.
Mehman SÜLEYMANOV