1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Georgi Tsetsadze: "Qəbələ"dən Çempionlar Liqasında revanş almaq istəyirik"
"İlk çempionluğu qazanmaq çox xoşdur. Bunu sözlə ifadə etmək çətindir. Gərək bu hissləri yaşayasan. Yaxşı hal odur ki, çoxlarını sevindirdik. Bizim üçün əsas budur". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin Avropa Liqasında mübarizədən kənarlaşdırdığı Gürcüstanın "Samtredia" klubunun baş məşqçisi Georgi Tsetsadze bildirib. Komandasına tarixində ilk çempionluğu qazandıran gürcü mütəxəssis futbolsevərlərimizə Avropa Liqasının I təsnifat mərhələsindən tanışdır. Bu yay "qırmızı-qaralar"a səfərdə 1:5 hesabı ilə uduzan Georgi Tsetsadzenin komandası evdə 2:1 hesabı ilə qalib gəlsə də, iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırıb.
Baş məşqçinin sözlərinə görə, "Qəbələ"nin çıxışını Avroliqada sonadək diqqətdə saxlayıb: "Əlbəttə, komandanızın çıxışını turnir boyu izləyirdim. İş elə gətirdi ki, bu uğurlu, uzun yol məhz bizimlə görüşdən başladı. İstərdik ki, "Qəbələ" turnirdə daha uğurlu çıxış edərdi. Ancaq ardııcl 2-ci mövsüm qrupa düşmələri böyük nailiyyətdir. Gələn il qrupdan da çıxmalarını istərdik".
"Samtredia" növbəti ildə tarixində ilk dəfə ölkəsini Çempionlar Liqasında təmsil edəcək. Tsetzadze "Qəvələ"nin çempion olaraq bu turnirə vəsiqə qazanmağa yaxşı şansının olmasından xəbərdardır: "Qəbələ" ilə Çempionlar Liqasında qarşılaşmağı böyük məmnuniyyətlə istərdik. Təbii ki, bu dəfə mütləq revanş almağı arzulayırıq".
Mehman SÜLEYMANOV