Çexiya "Slovan"ından icarəyə götürülən Zdenek Folprext "Neftçi"nin düşərgəsinə Türkiyənin Antalta bölgəsindəki təlim-məşq toplanışı zamanı qoşulacaq. Sportnet.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi yanvarın 4-dən Antalyada olacaq.
Onunla rəsmi müqavilə də həmin vaxt bağlanılacaq.
Qeyd edək ki, Zdenek Folprext icarə əsasında mövsümün sonunadək komandamızın formasını geyinəcək. Sonuncu klubu Çexiya "Slovan”ı (Liberets) olmuş 25 yaşlı futbolçu indiyədək "Sparta” (Praqa), "Viktoriya” (Jijkov), "Zbroyovka” (Brno) klublarında çıxış edib. O, Çexiyanın U-19 və U-21 yığma komandalarında da forma geyinib.