Azərbaycan I Divizionunda ikinci dövrənin hazırlıqlarını davam etdirən "Səbail"in Bakı və Antalya toplanışı çərçivəsində keçirəcəyi yoldaşlıq görüşlərindəki rəqibləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, yanvarın 10-da MOİK-lə qarşılaşacaq "aslanlar" 2 gün sonra "Neftçi"nin əvəzediciləri ilə üz-üzə gələcək.
Hər iki oyun Bayıl Arenada keçiriləcək.
Yanvarın 14-dən Antalya toplanışına start verəcək "Səbail" Türkiyədə ümumilikdə 3 yoldaşlıq görüşü keçirəcək. Rəqiblər yanvarın 19-da Qazaxıstanın "Kyran", 26-da isə Macarıstanın "Szeged" komandası olacaq.
Yanvarın 24-də keçiriləcək yoldaşlıq görüşündəki rəqibin adı isə hələ dəqiqləşməyib.