"Səbail" klubu qış fasiləsində daha iki transfer reallaşdırıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan çempionatının I Divizion təmsilçisi Mirzağa Hüseynpurla Orxan Qurbanlını heyətinə cəlb edib.
27 yaşlı Hüseynpurla 1 illik müqavilə imzalanıb. Rusiyanın "Rostov" klubunun yetirməsi olan yarımüdafiəçinin son klubu AZAL olub. Bunadək Mirzağa Rusiyada "Mitos", ölkəmizdə isə "Sumqayıt", "İnter", "Simurq" komandalarının şərəfini qoruyub. O, eyni zamanda U-21 millimizin də formasını geyinib.