
"Qarabağ" gənc qapıçısı Emil Balayevi icarəyə verib. Sportnet.az-ın məlumatına görə, 22 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında "Səbail”də çıxış edəcək. Debütant çıxış etdiyi Azərbaycan çempionatının I Divizionunda ilk dövrəni 4-cü pillədə bitirib.
Qeyd edək ki, Balayev bu mövsümün gedişatında "Qarabağ"a keçsə də, əsas komandada debüt etməyib.