Çinin "Şanxay Şenxua" klubunun yeni transferi Karlos Teves adı çəkilən ölkəyə çatıb. Sportnet.az-ın məlumatına görə, hava limanında onu yüzlərlə azarkeş qarşılayıb.
Tevez Çinə ailəsi ilə birlikdə ümumilikdə 19 nəfərlik heyətlə gedib. Çin təmsilçisi Argentinanın "Boka Xuniors" komandasına transfer üçün 45 milyon avro ödəyib.
O, Çində ən çox pul qazanan futbolçular siyahısındadır.