Türkiyənin Antalya bölgəsində hazırlıq keçən "Sumqayıt" qonşu ölkədə sonuncu məşqinə çıxıb. Sportnet.az-ın məlumatına görə, bu gün 1 məşq əsnasında günü başa vurub.
Yerli vaxtla saat 10:00-da baş tutan səhər məşqində komanda daha çox bərpa prosesinə yönəlik hazırlıq keçib. Bununla Samir Abasovun rəhbərlik etdiyi komanda Antalya toplanışını başa vurub.
Qeyd edək ki, "Sumqayıt" sabah axşam saatlarında vətənə yola düşəcək.