1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Səbail"in baş məşqçisi: "Hədəfimiz mükafatçı olmaqdır"
"Birinci dövrədə komandanın oyunundan ümumilikdə razı qaldım. Bəzi oyunlarda lazımsız xal itkilərinə yol verdik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan çempionatının I Divizion təmsilçisi "Səbail"in U-17 komandasının baş məşqçisi İlqar Hüseynov klubun "Facebook" səhifəsinə açıqlamasında bildirib. İlqar Hüseynovun yetirmələri qış fasiləsinə 23 xalla 6-cı pillədə liderdən 9 xal geridə yollanıb.
Birinci dövrədəki çıxışla bağlı fikirlərini açıqlayan baş məşqçi xal itkilərinə onları geri saldığına toxunub: "O xalları qazansaydıq, indi liderlər qrupunda qərarlaşmışdıq. Ancaq bu futboldur və gələcək oyunları düşünməliyik. Fikrimcə, I dövrənin ən çətin oyunu "Qəbələ" ilə oyun oldu. Birinci turdakı "Kəpəz" ilə oyunda qələbə qazansaq da, bizim üçün çətin keçdi. Hədəfimiz II dövrədə qələbələr qazanıb mövsümün sonunda mükafatçılar sırasında yer almaqdır.
Heyətimizdə istedadlı və perspektivli oyunçular var. Onlar xüsusi nəzarətimizdədir".