"Qarabağ"ın futbolçusu İlqar Qurbanovun Premyer Liqanın XVI turu çərçivəsində AZAL üzərində qələbədən sonra (2:1) Sportnet.az saytına müsahibəsi
- Oyun barədə nə deyə bilərsiniz?
- Bu mövsümün ən çətin matçalrından birini oynadıq. Meydança amili özünü göstərir. Görüyünüz kimi, Dani Kintana durduğu yerdə ciddi zədə aldı. Bu qazonda gəzmək belə, ağırdır.
- Oyuna çıxan zaman meydançanın durumunu göz önünə almışdınız?
- Əlbəttə. Biz hər dəfə bura gələnədə fikirləşirik ki, rəqibdən başqa meydança ilə də mübarizə aparacağıq.
- "Qarabağ" ilk yarım saat ərzində AZAL-ın qapısına zərbə vura bilmədi...
- AZAL da elə-belə komanda deyil. Yaxşı baş məşqçiləri var. Taktii baxımdan bizi savadlı bağlayırdılar. Biz isə səbrlə məqam axtarırdıq. Belə görüşlərdə gözəl oyunun elə də əhəmiyyəti yoxdur. Vacib olan 3 xal idi. Uşaqlar çox vuruşdular, təmkinli oynadılar.
- Riçard Almeydanın yoxluğunda əsas yük Dani Kintananın üzərinə düşürdü. Onun zədələnməsindən sonra qələbə qazanacağınıza ümidiniz qalmışdı?
- Hər ikisi bizim üçün çox önəmli futbolçulardı. Biz komanda olaraq əlimizdən gələni etdik və qələbə qazandıq. Kaş ki, uduzaydıq, amma Dani ciddi zədə almayaydı.
- Qalib gəlməyinizdə rəqibin qırmızı vərəqə almasının rolu oldu?
- Deməzdim. Çünki üstünlük bizdə idi. Futboldur, uda da bilərdik, uduza da. Basqılı oynayırdıq. Həmin epizodda rəqib məni arxadan itələdi deyə, epizodu görə bilmədim.
- Ötən tur "Neftçi" ilə oyunda da mübahisəli epizodlar olmuşdu, bu gün də AZAL-ın futbolçusu Sadio Tounkaranın qırmızı vərəqə almasına etirazlar var...
- Belə hallar hər oyunda olur. Hakimlərimizə güvənmə lazımdı. Futbolçu da səhv edə bilər, hakimdə. Hamımız insanıq. Mən narazı deyiləm. Hər xırda epizoda görə söz-söhbət olacaqsa, onda futbol oynamayaq da.