1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hakim səhvləri bu oyunlarla başa çatsın"
"Klubumuz hər zaman ədalətli hakimlik və şəffaf çempionat tərəfdarıdır. Çempionatın son oyunlarında müşahidə etdiyimiz, turnir cədvəlindəki duruma təsir göstərən hakim səhvlərilə, lehimizə və ya əleyhimizə verilən yanlış qərarlarla qarşılaşmaq istəmirik".
Sportnet.az-ın məlumatına görə, bu fikirlər "Qəbələ" İdman Klubu adından yayılan bəyanatda yer alıb.
Klub ümid edir ki, belə səhvlər davamlı olmayacaq və ötəngünkü oyunlarla sona çatacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XVI turun ilk oyun günündə referi Orxan Məmmədov "Qarabağ"la qarşılaşmada AZAL-ın futbolçusu Sadio Tounkaranı adi epizodda ikinci sarı vərəqə ilə meydandan qovub. Nəticədə azlıqda qalan "təyyarəçilər" hesabda irəlidə olduqları halda iki top buraxaraq uduzublar - 1:2. "Qəbələ" isə "Neftçi"ni "ofsayd" qolu ilə məğlub edib.