1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əli Hüseynov: "Hakimlərə son xəbərdarlığımızı edəcəyik" - MÜSAHİBƏ
AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynovun Sportnet.az-a müsahibəsi
- Hakimlərin qış fasiləsində Antalyadakı təlim-məşq toplanışında siz də iştirak etdiniz. Ancaq gözlənilənlərin əksinə, ədalət təmsilçiləri ilk 2 turda xeyli səhvə yol verdilər və bu, kəskin narazılıqla qarşılandı. Hətta qərəzin olmasından söz açılır...
- Qərəz ola bilməz. Çünki qərəzli hakimin bizim sıralarımızda olmasının mümkünatı yoxdur. Ancaq səhv olub. Biz deyə bilmərik ki, olmayıb. Hesab edirəm ki, bu, son səhvlər olar və bundan sonra yol verilməz. Sabah AFFA-da yığışaraq toplantımız olacaq və hakimlərə son xəbərdarlığımızı edəcəyik. Araşdıracağıq ki, səhvlər nədən irəli gəlir. Niyə adi epizodlarda səhvlər edirlər? Düşünürəm ki, bu səhvlərin sonu olacaq.
- Ancaq səhvlər davam edir. Nədə əminsiniz ki, sonu olacaq?
- Ona görə ki, qərəzin olmadığını bilirəm. Bu zaman səhvləri düzəltməyə imkan tapacağıq.
- Bəs qərəzin olmadığına nədə əminsiniz?
- Qərəzli hakim görmürəm ki, hansısa komandaya qarşı qərəzli mövqedə olsun. Ürəyim mənə deyir və daxilən inanıram ki, qərəz ola bilməz. Düzdür, səhvlər var və bunu qəbul edirəm. Ancaq hansısa komandaya qarşı qərəz yoxdur.
- Bu 2 turda hansı səhv olub ki, onu yaxşı şəraitdə hazırlıq keçən hakimlərə bağışlamırsınız?
- Hakim hansısa səhv edirsə, baxır onun ilk növbədə təcrübəsinə. Gənc olanda, deyirik ki, bəli, səhv edə bilər. Elələrinə bağışlaya bilərik. Ancaq təcrübəli hakim səhv edirsə, bunu heç cür bağışlaya bilmirik. Bu da epizodlardan asılıdır. Elə epizod olur ki, gözlə dərhal müəyyən etmək çətindir. Meydanda olan futbolçular, kənardakı azarkeşlər və s. öz təsirini göstərir. Hakim hər şeyə diqqət yetirdiklərindən, bəzi halllarda adi şeyləri gözdən qaçırırlar. Bizdə fikir yaranır ki, qərəzdir. Ancaq mən belə hesab etmirəm.
- Son turda "Qəbələ" - "Neftçi" oyununda hakim-inspektor olmusunuz. Təcrübəli hakimin buraxdığı səhvi dedikdə, oyunu idarə edən Fariz Yusifovu nəzərdə tutursunuz?
- Yox. Fariz Yusifovun səhvi olmadı. Gördüyünüz kimi, qapı arxasında olan hakim, əlavə köməkçilər olmasa da, o, yaxşı idarəçilik etdi. Yusifov meydanın hər bir hissəsindəki epizodları görürdü. Sadəcə, yan xətt hakimi Yaşar Abbasov qoldan qabaq oyundankənar vəziyyətdə səhv etdi. Fariz də bunu öz üzərinə götürə bilməzdi. Ancaq ümumilikdə həmin briqada oyunu çox gözəl idarə etdi. Komandalar hiss etdilər ki, meydanda hakim var.
- Ancaq qolun ofsayddan vurulduğunu açıqladınız...
- Elə şeylər var ki, biz təsdiqləyə bilmərik. Biz özümüzdən Amerika açmarıq. Qol epizodunda ilk ötürmədə yox, ikinci ötürmədə oyundankənar vəziyyət vardı.
- Sizcə, bu, nəticəyə təsir edən səhvdir?
- Yox. Nəticəyə təsir edən o səhv olardı ki, ofsayddan olan futbolçu qol vursun. Ancaq həmin yan xət hakimi təcrübəlidir və ona belə şeyləri bağışlamaq da olmur. Gərək həmin epizodda baş çıxarardı.
- Həmin hakimə aşağı qiymət verəcəksiniz? Ona cəza gözlənilirmi?
- Hər halda, köməkçinin qiyməti o qədər yüksək ola bilməz. Məsələn, bu epizod olmasaydı, mən nə fikirləşərdim. Fikrimcə, gələn turlarda öz yerini tuacaq.
- Bu turda "AZAL - "Qarabağ" oyununda Orxan Məmmədovun idarəçiliyi, verdiyi qırmızı vərəqə müzakirə olundu. Zirədəki matçda iki qırmızı vərəqə göstərildi...
- Həmin epizodlara baxacağam. Görüm ki, qırmızı vərəqələr nədən olub. Biz də hiss edirik ki, gərginlik artır. Hakimlərə ancaq tövsiyəm olacaq ki, diqqətli olsunlar. Heç bir komandanın hüquqları tapdalanmasın. Çalışsınlar ki, onları qorusunlar. Vərəqələrdə bir az diqqətli olsunlar. Antalyada təlim-məşq toplanışını yaxşı keçdilər. İdarə etdikləri hər bir yoxlama matçında nümayəndələrimiz vardı. Gəldik, təhlil elədik. Videotəhlillərimiz oldu. Səhvləri başa saldıq. Elə şeylər var ki, hamısını əhatə etmək mümkün deyil.
- "Qarabağ"la "Qəbələ" arasında gərginlik təkcə meydanda yox, ondan kənarda da gedir. Mətbuatda müxtəlif fikirlər səsləndirilir...
- Belə danışıqlar, fikirlər olmalıdır. Bu da futbolun bir tərəfidir, gözəlliyidir. O belə deyir, bu belə. Komandalar biri-birindən 1 xal geri qalırlar. Hər ikisi oynayan komandadır. "İnter"i də bura əlavə edərdim, çempionluğa layiq komandalardır. Oynasınlar, heç kim onlara maneçilik törətmir. Çox güman ki, öz aralarındakı oyunlar məsələni həll edəcək. 1 xal nədir ki? Böyük fərq deyil. Hər an hər şey dəyişə bilər.
Mehman SÜLEYMANOV