1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AZAL məğlubiyyəti yubiley oyununda aldı
AZAL klubu Azərbaycan Premyer Liqasında 350-ci oyununu keçirib.
Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisinin yubileyi XVI tura təsadüf edib. Tərlan Əhmədovun baş məşqçi olduğu komanda öz meydanında "Qarabağ”la qarşılaşıb. Bakılılar yubiley matçında hesabı açsa da, meydanı məğlub tərk edib – 1:2.
AZAL ölkə çempionatının yüksək liqasında keçirdiyi 350 oyunda 127 qələbə qazanıb, 102 heç-heçə edib və 121 dəfə məğlub olub. 374 qola sevinən paytaxt klubu 359 top buraxıb. Bakılılar 350 oyundan 175-ni ev, 175-ni səfərdə keçirib.
Premyer Liqada 2005/2006 mövsümündə debüt edən AZAL 13 çempionat ərzində "Olimpik” və "Olimpik-Şüvəlan” adları altında da çıxış edib. Paytaxt təmsilçisi Premyer Liqada ən çox oyun keçirən komandalar arasında 9-cudur.
Qeyd edək ki, AZAL ilk oyununu 2005-ci il avqustun 12-də öz meydanında "Xəzər Lənkəran”a qarşı keçirib və 0:2 hesabı ilə uduzub.