"Qəbələ"nin sabiq futbolçusu Aleksey Antonov Rusiyanın "Anji" klubuna lazım olmayıb.
Sportnet.az-ın məlumatına görə, ukraynalı hücumçu Mahaçqala komandasında baxışdan keçərək bəyənilməyən 2 futbolçudan biri olub. Onlar artıq Premyer Liqa təmsilçisinin düşərgəsini tərk ediblər.
"Anji"nin erməni baş məşqçisi Aleksandr Qriqoryan daha 14 futbolçunu sınaqdan keçirir.
Xatırladaq kji, Antonov ötən çempionatda "Qəbələ"də 32 oyunda 7 qol vurub. 31 yaşlı legioner müqaviləsi keçən yay qarşılıqlı razılıqla pozulduqdan sonra klubsuzdur.