Bakı "İnter"inin sabiq futbolçusu Matiya Şpiçiçin yeni klubu müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi Polşa yüksək liqasında çıxış edən "Visla"sı ilə yarım illik müqavilə bağlayıb.
Şpiçiç karyerası ərzində 5-ci ölkədə çıxış edəcək. O, vətəni Xorvatiya və Azərbaycandan əlavə, Ukrayna və Gürcüstan çempionatlarında da forma geyinib. Təcrübəli futbolçu ötən ilin yayında Tbilisi "Dinamo"su ilə yollarını ayırdıqdan sonra klubsuz idi.
Qeyd edək ki, Matiya Şpiçiç "İnter"də 2013-2014 və 2014 - 2015 mövsümlərində forma geyinib. O, 36 oyuna 6 qol vurub.