
Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı bu kollektivlərin 35-ci dueli olacaq.
Sportnet.az-ın məlumatına görə, əvvəlki 34 görüşün ümumi nəticəsində Ağdam klubu üstündür. Qurban Qurbanovun baş məqşçisi olduğu komanda 16 görüşdə qalib gəlibsə, Qəbələninin eyni adlı təmsilçisi 8 matçdan 3 xalla ayrılıb. "Qarabağ" top fərqində də öndədir - 32-46.
Son 3 matçda meydan sahibi komanda 2 qol vurub, qalib gəlib. "Qəbələ” 5 ev oyunudur meydanı qolsuz tərk etməyib.
Cari çempionatda "Qəbələ" evdə Filip Ozobiç və Baqali Dabonun qolları ilə qalib gəlib (2:1). "Qarabağ" isə "Azərsun Arena"da 2:1 üstün olub. Filip Ozobiçin hesabı açdığı qarşılaşmada Riçard Almeyda və Dino Ndlovun qolları Ağdam komandasına 3 xal qazandırıb.