Futbol üzrə Azərbaycan I divizionunda XVI turun növbəti 3 oyunu keçirilib. 
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandalar üz-üzə gəlib. Lider "Turan Tovuz" ən yaxın izləyicisi "Zaqatala"ya qalib gələrək, xalını 36-ya çatdırıb. Əsgər Abdullayevin komandası  artıq "Zaqatalan"ın 5 xal qabaqlayır.
"Turan Tovuz"la yanaşı, bu gün baş tutan digər 2 matçda da meydan sahibləri qalib gəlib.
I divizion
XVI tur
"Turan Tovuz” -  "Zaqatala” 2:1
Qollar: Rəhman Musayev, 14-p. İlkin Sadıqov, 88 - Emin Mehtiyev, 56
"Rəvan” - "Şəmkir” 2:1
Qollar: Məhəmməd Alıyev, 24-p.; 82 - Qeyrət Qənbərov, 38-p.
"Ağsu” - MOİK 1:0
Qol: Elnur Səmədov, 63









                 





    
    
    
    
    
    
    
    
    























































