
"İnter”in futbolçusu İlkin Qırtımov "Zirə” ilə matçda yaşanan insidentə aydınlıq gətirib. 27 yaşlı müdafiəçisi Sportnet.az-ın əməkdaşı ilə söhbət zamanı bildirib ki, oyun zamanı onun ağır söyüşlə təhqir etdiyi azarkeş yox, komandanın əməkdaşı olub.
Qırtımov oyun başa çatandan sonra həmin şəxsdən üzr istədiyini söyləyib: "Yaşca məndən böyük idi. Oyundan sonra gedib üzr istədim. Oyuna gəlincə, xal itirdik. Başqa nə deyə bilərəm ki”?
Qeyd edək ki, "İnter” – "Zirə” matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.