Azərbaycan Premyer Liqasının növbəti mövsümündə ən azı 10 komanda iştirak edəcək. Sportnet.az-ın məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib.
O, Premyer Liqada cari mövsümdən son pillənin sahibinin aşağı düşəcəyini, I Diviziondan 3 komandanın güclülər dəstəsinə gələcəyini bildirib: "Ancaq bir şərtlə ki, həmin klublar lisenziyalarını alsınlar. Bunu indidən etmək lazımdır. Təəssüf ki, bizdə I Divizion təmsilçilərinin rəhbərləri bunu vaxtında etmirlər. Mövsümboyu istirahət edirlər, vaxta az qalmış gəlirlər ki, bəs biz lisenziyanı ala bilmədik. Lisenziya ala bilsələr, I Diviziondan hətta 5, 7 komanda gələ bilər. Premyer Liqada komandaların sayı 16, lap 20 ola bilər. Təki maddi vəziyyətləri yaxşı, çempionatda rəqabət yarada bilənlər olsun. Daha zəif, hər oyunda böyük hesabla uduzanlar yox. Gördüyünüz kimi, indi çempionatda komanda sayı az - 8 olsa da, turda hər 4 oyun maraqlı keçir".