Azərbaycan çempionatının I Divizionunda növbəti mövsüm yeni komanda çıxış edəcək. Sportnet.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2017/18 mövsümündə "Binə" adlı klubun iştirak etməyi planlaşdırdığını bildirib.
Musayevin sözlərinə görə, ona bununla bağlı müraciət ediblər: "İki gənc mənə yaxınlaşaraq belə fikirdə olduqlarını bildirdilər. Onlar Binə qəsəbəsinin adını daşıyacaq klubun I Divizionda iştirak etməsini reallaşdırmaq fikrindədir. Məndən bunun üçün hansı sənədlərin lazım olması ilə maraqlandılar. Cavab verdim ki, əsas bank təminatını mınə gətirin, qalan sənədləri özüm yığaram. Bizdə Texniki-İdman şöbəsinin rəhbəri Zamiq Hüseynova bununla bağlı lazımı tapşırıqlarımı verdim. Binədə AFFA-nın balansında olan stadion var. Həmin klubun ev oyunlarını orada keçirməsinə şərait yaraılması ilə bağlı AFFA rəhbərliyinə müraciəti də öz üzərimə götürmüşəm. Düzdür, onun meydançası da sünidir, ancaq yaxşı keyfiyyətlidir".