Azərbaycan milli komandasının futbolçusu Dəniz Yılmaz Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsinə cəlb olunub. Sportnet.az-ın məlumatına görə, Türkiyə Super Liqasının son turunda "Kayserispor"la səfər matçında birbaşa qırmızı vərəqə "Bursaspor"un hücumçusunun məsələsinə bu qurumda baxılaraq haqqında qərar çıxarılacaq.
Xatırladaq ki, rəqibinə aşkar qarşı kobudluq edərək komandasını 19-cu dəqiqədə azlıqda qoyan və məğlubiyyətə əsas səbəbkarlardan olan Yılmaz əsas komandadan da qovulub.