1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Yuventus"la "Sevilya"dan gözlənilən qələbələr - YENİLƏNDİ
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son 2 matç favoritlərin qələbələri ilə nəticələnib.
"Yuventus" "Portu"nu onun meydanında 2-ci hissədə 2 dəqiqəyə vurduğu 2 qolla məğlub edib. Özü də fərqlənənlər sonradan meydana çıxan futbolçular - Marko Pyatsa ilə Dani Alves olub. Yəni baş məşqçi Massimiliano Alleqrinin uğurlu əvəzetmələri matçın taleyini həll edib. Onu da nəzərə alaq ki, "Portu" braziliyalı sol cinah müdafiəçisi Aleks Telles 2 dəqiqəə aldığı 2 sarı vərəqəyə görə meydandan qovulduğundan matçın böyük hissəini azlıqda keçirməli olub.
"Sevilya" isə evdə turnirin debütantı "Lester"i minimal fərqlə yenib. Qələbə topunun müəllifi oyunda penalti qaçıran futbolçu Xoakin Korrea olub. İngiltərə çempionunun bombardiri Ceymi Vardinin hesab arasındakı fərqi azaltması cavab matçına böyük ümid verib. Çünki "Lester"ə cütün qalibi olmaq üçün öz meydanında 1:0 hesablı qələbə də yetərlidir.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
22 fevral
23:45 "Portu” (Portuqaliya) – "Yuventus” (İtaliya) - 0:2
Qollar: Marko Pyasa, 72, Dani Alves, 72
Qırmızı vərəqə: Aleks Telles, 27 ("Portu", ikinci sarı)
Baş hakim: Feliks Brıx (Almaniya)
Portu. "Draqau” stadionu
23:45 "Sevilya” (İspaniya) - "Lester” (İngiltərə) - 2:1
Qollar: Pablo Sarabya, 25, Xoakin Korrea, 62 - Ceymi Vardi, 73
13-cü dəqiqədə Xoakin Korrea ("Sevilya") penaltidən dəqiq istifadə edə bilməyib
Baş hakim: Kleman Tyurpan (Fransa)
Sevilya. "Ramon Sançes-Pisxuan” stadionu