1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çempionlar Liqasında yeni rekord
UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyunları turnirdə məhsuldarlıq baxımından yeni rekord müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, 16 komanda 8 oyunda 34 qol vurub.
Bunadək həmin mərhələdə ən bol qollu matç 2013/14 mövsümündə olmuşdu - 26 qol. Hazırkı göstərici ÇL-də digər mərhələnin ən yaxşı nəticəsinin təkrarı olub. Bu, 2011/12 mövsümündə 1/8 final mərhələsinin cavab oyunlarında qeydə alınıb.
2011/12, 2012/13 və 2015/16 mövsümlərində ilk 1/8 final mərhələsi matçlarında 21 qol vurulub.
Bu mərhələnin təkrar qarşılaşmaları martın 7-8-də və 14-15-də keçiriləcək. 1/4 final mərhələsinin püşkatması martın 17-də olacaq.
Xatırladaq ki, ilk 1/8 final matçlarında ən çox qol "Mançester Siti" - "Monako" (5:3) oyununda qeydə alınıb - 8 qol.