1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin "Qarabağ"ı yenməsi isveçliləri sevindirdi
Azərbaycan Premyer Liqasının XIX turunda "Qəbələ"nin "Qarabağ"ı məğlub edərək liderliyi ələ alması İsveçdə də məmnunluqla qarşılanıb.
Sportnet.az-ın məlumatına görə, bu nəticədən sonra Skandinaviya ölkəsi çempionunun 2017-2018 mövsümündə Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində səpələnmişlər səbətində yer alma şansları çoxalıb.
Hər iki ölkənin çempionları Avropanın ən nüfuzlu klub turnirində mübarizəyə II təsnifat mərhələsindən başlayacaqlar. İsveçi "Malmö"nün təmsil edəcəyi artıq dəqiqləşib. Azərbaycanda isə sona 9 tur qalmış turnir cədvəlinə 42 xala malik iki komanda - "Qəbələ" və "Qarabağ" başçılıq edir. Hər iki ölkənin çempionları püşkatma zamanı səpələnmişlər səbətində yer alacaqlar.
Tanınmış isveçli ekspert Lennart Hedstigen hesab edir ki, qızıl medalları yenə "Qarabağ" qazansa və ÇL-də III təsnifat mərhələsinə yüksəlsə, yüksək reytinqi səbəbindən yenə səpələnmişlər səbətində yer alacaq. Bu halda "Malmö" daha aşağı reytinqli olduğu üçün səpələnməmişlər səbətinə düşəcək. Bu iki komandadan reytinqcə aşağı olan "Qəbələ" çempion olsa və ÇL-də III təsnifat mərhələsinə də vəsiqə qazansa, səpələnməmişlər səbəbinə bölünəcək. Əvəzində "Malmö" səpələnmişlər səbəbində yer alacaq.
İsveçdə ümid edirlər ki, 2009 - 2014-cü illərdə "Malmö"nün formasını geyinən və 2015-ci ilin fevralında "Qəbələ"yə keçən Rikardinyo "qırmızı-qaralar"ın çempion olmasında və bu variantın gerçəkləşməsində böyük rol oynaya bilər. Amma braziliyalı yarımmüdafiəçi Premyer Liqanın XV turunda "Sumqayıt"la oyundan sonra zədə səbəbindən bir daha meydana çıxmayıb.
Qeyd edək ki, "Qəbələ" "Qarabağ"ı şəxsi oyunlardakı üstünlüyü səbəbindən qabaqlayır - 2:0, 1:2, 2:0.