Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportbet.az-ın məlumatına görə, püşk nəticəsində Türkiyənin mübarizəni davam etdirən yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşib.
Bu, yarışın 1/16 final mərhələsində "Osmanlıspor"u mübarizədən kənarlaşdıran (0:0, 3:0) Yunanıstanın "Olimpiakos" klubudur.
Püşkatmanın nəticələri:
"Selta" (İspaniya) - "Krasnodar" (Rusiya)
APOEL (Kipr) - "Anderlext" (Belçika)
"Şalke" (Almaniya) - "Borussiya" (Mönxenqladbax, Almaniya)
"Lion" (Fransa) - "Roma" (İtaliya)
"Rostov" (Rusiya) - "Mançester Yunayted" (İngiltərə)
"Olimpiakos" (Yunanıstan) - "Beşiktaş" (Türkiyə)
"Gent" (Belçika) - "Genk" (Belçika)
"Kopenhagen" (Danimarka) - "Ayaks" (Hollandiya)
Qeyd edək ki, püşk nəticəsində adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər. 1/8 final matçları martın 9-da və 16-da olacaq.
---------
Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində Türkiyənin mübarizəni davam etdirən yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşəcək.
Bakı vaxtı ilə saat 16:00-da başlanacaq tədbir zamanı 16 komanda reytinqindən və təmsil etdikləri ölkədən asılı olmayaraq, eyni səbətdən çıxarılacaqlar. Yeganə məhdudiyyət kimi Rusiya və Ukrayna komandalarının bir-birinə rəqib ola bilməməsi bəndini göstərmək olardı ki, bu da baş verməyəcək. Çünki artıq Ukraynanın heç bir təmsilçisi qalmayıb.