Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XX turun sabah keçiriləcək oyunları üçün bütün təyinatlar açıqlanıb. Sportnet.az-ın məlumatına görə, "Zirə" - "Sumqayıt" matçına təyinat alan hakimlər briqadasının yarısını kişilərdən, yarısı qadınlardan təşkil olunacaq. Həmin zərif cinsin nümayəndələri yan xət hakimi Mya Nəbiyeva ilə ehtiyat hakim Fəridə Lütfəliyevadır.
25 fevral (şənbə)
AZAL – "Neftçi”
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Samir Hüseynov
Hakim-inspektor: Akif Məmmədov
"AZAL Arena”, 13:30
"Zirə” – "Sumqayıt”
Hakimlər: Xəlil Xəlilov, Məmmədəli Kərimov, Maya Nəbiyeva, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 14:00