
AZAL-ın yeni transferi Samir Məsimov AZAL-ın heyətində ilk matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, gənc yarımmüdafiəçinin debütü keçmiş komandası "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XX tur matçına təsadüf edib.
O, 59-cu dəqiqədə Rəşad Abdullayevin əvəzinə meydana daxil olub.
Bu matç AZAL-dan mərakeşli Mehdi Taouil üçün də əlamətdar olub. Mərakeşli futbolçu start heyətində yer alıb. AZAL-ın digər yeni transferi Bəxtiyar Soltanovun adı "18-liy"ə daxil edilməyib.
Qeyd edək ki, Samir Məsimov ötən ilin fevralında "Neftçi"dən ayrılaraq, Sloveniya "Domjale"sinə keçmişdi.