"Neftçi"nin futbolçusu Daniel Seqovia Azərbaycan Premyer Liqasının XX turunda səfərdə AZAL-a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, yeganə topun müəllifi olan ispaniyalı hücumçu əvvəlcə oyunu dəyərləndirib...
- Görüşdən əvvəl baş məşqçimiz Elxan Abdullayev rəqibi təhlil edəndə bizə bu sözləri demişdi ki, matç elə də asan olmayacaq. Çünki rəqib komanda turnir cədvəlində son pillələrdə gedir. Onun itirəcəyi heç bir şey yoxdur. Biz isə burda xal itirsəydik, çox çətin vəziyyətə düşəcəkdik. İlk dəqiqələrdə rəqib qapısına yol tapa bildim və komandamız 3 xalı qazandı. Qoldan sonra komandamız bzi az gerilədi. Hamımız arxaya çəkildik. Nəticədə rəqib topla daha çox davranmağa başladı. Ancaq buna baxmayaraq, buranı 3 xalla tərk edirik. Buna görə sevinirik və komandamızı təbrik edirəm.
- Ancaq "Neftçi" bərbad oynadı. Bunun səbəbi nə idi?
- Düzdür, "Neftçi" həmişəki oyunu göstərə bilmədi. Çüki rəqib komanda buna imkan vermədi. Nəticədə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Buna baxmayaraq, çempionatın sonunda yaxşı, yaxud pis oyun yox, toplanılan xallar sayılır. Bu gün rəqib meydanında qazandığımız 3 xala sevinməliyik.
- Qazonla bağlı nə deyə bilərdiniz? Yəqin ki, belə ot örtüyündə Siz ilk dəfədir oynayırsınız...
- Bəli. Bilirdim ki, "Qarabağ"da çıxış edən həmyerlim Dani Kintana məhz bu meydanşada ağır zədələnərək uzun müddətə sıradan şıxıb. Həmin hadisəni eşitmişdim. Meydanın yaxşı səviyyədə olmamasından da xəbərdar idik. Çətin oyun alındı. Öz oyunumuzu sərgiləyə bilmədik. Elə olub ki, yaxşı oynasaq da, xal itirmişik. Lakin bu gün yaxşı oynamadıq, növbəti qələbəni qazandıq. Başqa heç nə deyə bilmərəm.
- Öz oyununuzdan razısınız?
- Mən "Neftçi"nin futbolçusuyam. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə, kömandama kömək etməyə çalışıram. İstərdim ki, hər oyunda köməyimlə komandam qələbə qazansın. Yenə buna nail olmuşuqsa, sevinməliyəm.