1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Məhəmməd Qurbanov buna görə üzr istədi"
"Zirə”ni təbrik edirəm. Gərgin oyun getdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. Fasilədən sonra isə öz oyunumuzu sərgilədik. İkinci hissəyə görə futbolçulara təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın məşqçisi Vəfadar Quliyev Azərbaycan Premyer Liqasının XX turunda səfərdə "Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Baş məşqçi Samir Abasovu cəzalı olduğu üçün əvəzləyən Quliyev jurnalistlərin suallarını da cavablandırıb...
- Bu gün Samir Abasovun texniki zonada olmaması nəticəyə nə dərəcədə təsir göstərdi?
- Əlbəttə, Samir müəllim olsaydı, daha yaxşı oyanayardıq. Ancaq düşünmürəm ki, baş məşqçinin olmaması nəticəyə çox ciddi təsir göstərdi.
- Oyunun əvvəlində Məhəmməd Qurbanov məşqçilər korpusuna kəskin etiraz etdi. Buna səbəb nə idi?
- Bu, futbolda olur. Fasilədə buna görə üzr istədi.
- Samir Abasov əvvəllər cəzalı olduğu oyunda əvəzetmələri telefonla çatdırırdı. Bu dəfə necə idi?
- Bu dəfə tribuna ilə texniki zona arasında məsafə qısa olduğundan, buna ehtiyac qalmadı.