1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Nicat Qurbanov fasilədə ağlayırdı"
"Hər iki komanda sonadək döyüşdü. "Qarabağ"la əvvəlki ev oyunu ilə müqayisədə daha gərgin oyun oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra deyib. 51 yaşlı mütəxəssis 38-ci dəqiqədə rəqib futbolçu Nika Kvekveskirini vurduğu üçün qırmızı vərəqə alan Nicat Qurbanova sahib çıxıb: "Nicat fasilədə ağlayırdı. Başa düşürəm ki, səhvə yol verib. Özü də səhvə yol vermişdi. Belə vəziyyətdə futbolçunu cəzalandırmaq yox, ona dəstək olmaq lazımdır".
ş.Diniyev Serjinyonun hücum xəttində oynatmasının səbəbini də açıqlayıb: "Qəbələ"nin müdafiəçiləri qarşısında ucaboy yox, texnikalı futbolçu oynatmaq lazım idi. Ona görə də Serjinyonu irəli çəkdik".
Baş məşqçi litvalı qapıçı Tadas Simaitisin artıq üçüncü turdur ehtiyatda qalmasını oyun zamanı buraxdığı kobud səhvlə əlaqələndirməyib: "Deməzdim ki, Simaitis kobud səhvlərə görə ehtiyatda qalır. Biz ümumi ailəyik. Sabah Davud Kərimi də səhv edə bilər".