Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən "Qarabağ” - "İnter” görüşünü izləyənlər arasında britaniyalı jurnalist Rob O'Konnor da var.
Sportnet.az-ın məlumatına görə, əcnəbi media nümayəndəsi "Azərsun Arena” meydan sahiblərini izləmək üçün təşrif buyurub.
O bildirib ki, səfərdə məqsəd işğal altında olan bir bölgəni – Ağdamı təmsil edən komanda barədə ətraflı məlumat toplamaq və məqalə hazırlamaqdır.





































































